Niderlandlı futbolçu “Leypsiq”də - RƏSMİ
09.04.2025 - 01:23
Almaniya Bundesliqası təmsilçilərindən "Leypsiq" yeni transferini ictimaiyyətə bildirib.
Apasport.az xəbər verir ki, komanda, hazırda Belçikanın "Loven" klubunda çıxış edən niderlandlı futbolçu Ezekil Banzuzini transfer edib.
Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. Banzuzi yeni komandasına yayda qoşulacaq.
Tərəflər arasında razılaşmaya əsasən, "Leypsiq" oyunçu üçün qarşı tərəfə 16 milyon avro ödəməli olacaq.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0