“Tottenhem”in müdafiəçisi Mikki van de Ven klubu ilə yeni müqavilə danışıqlarından imtina edib.
Apasport.az xəbər verir ki, London təmsilçisi aparıcı müdafiəçisinə daha yaxşı şərtlərlə 5 illik müqavilə təklif edib.
Lakin 24 yaşlı niderlandlı futbolçu komandanın hazırkı vəziyyətini nəzərə alaraq gələcəyi ilə bağlı müzakirələrə maraq göstərməyib.
Xatırladaq ki, “Tottenhem” Premyer Liqada bu mövsüm uğursuz çıxış edir. London klubu yeni ildən bəri qələbə qazana bilməyib və hazırda turnir cədvəlində düşmə zonasını cəmi 4 xal qabaqlayır.
Qeyd edək ki, futbolçu ilə “Liverpul”, “Real Madrid” və “Barselona” klubları yaxından maraqlanır. Bu fonda “Tottenhem”in Mikki van de Ven üçün təxminən 100 milyon funt sterlinq tələb etməyə hazırlaşdığı bildirilir.