Nigeriya millisinin forvardı “Fənərbaxça”nın radarında
18.11.2025 - 22:58
“Fənərbaxça” qışda hücum xəttini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" “Vulverhempton”da çıxış edən Tolu Arokodareni transfer etmək istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, İstanbul klubu Nigeriya millisinin üzvünü satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. “Fənər” yaxın günlərdə 24 yaşlı hücumçu üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, “Vulverhempton” Tolu Arokodareyi bu ilin yanvar ayında “Genk”dən 22,6 milyon avroya transfer edib.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0