Nigeriya uduzdu, məşqçisi açıqladı: "Bizə cadu etdilər"
17.11.2025 - 16:58
Xəbər verdiyimiz kimi, 2026 Dünya Çempionatının Afrika zonası pley-off finalında Nigeriya millisi Demokratik Konqoya məğlub olub.
Apasport.az xəbər verir ki, penaltilər seriyasında 3:4 məğlub olan Nigeriyanın baş məşqçisi Erik Çelle matçdan sonra verdiyi açıqlama ilə gündəm olub.
Çelle Demokratik Konqo millisinin turu keçmək üçün caduya əl atdığını iddia edib.
Belə ki, matçdan sonra Çelle rəqibin məşqçi heyəti ilə mübahisə edib və mətbuat konfransında rəqibin qələbə qazanmaq üçün cadudan istifadə etdiyini bildirib.
Demokratik Konqo isə bu iddiaları təkzib edib.
0
0