Niko Paz gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, argentinalı futbolçu daha bir il "Komo"da qalacağını bildirib.
"Hazırda karyeram üçün ən yaxşı variantın daha bir il "Komo"da qalmaq olduğuna qərar verdim. Bu klub mənə inkişaf etmək imkanı yaratdı. Şəxsən düşünürəm ki, bu həm mənim, həm də "Real" üçün ən yaxşı qərardır", - deyə Niko Paz bildirib.
"Komo" 2025/26 mövsümünü A Seriyasında 4-cü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
21 yaşlı argentinalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 37 oyunda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
"Real" transfer zamanı futbolçunun gerialma hüququnu özündə saxlayıb, lakin Pazın istəyi nəzərə alınaraq onun daha bir mövsüm İtaliya klubunda qalmasına qərar verilib.