"Nottingem Forest"in müdafiəçisi "Real Madrid" yolunda
17.04.2024 - 14:22
"Nottingem Forest"in müdafiəçisi "Real Madrid" yolunda

La Liqa təmsilçisi “Real Madrid” "Nottinqem Forest"də çıxış edən müdafiəçi Murilyonu heyətinə qata bilər.

Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” David Alaba və Eder Militaonun son zədələri səbəbindən yeni müdafiəçi axtarır.

Klub rəhbərliyinə görə, Murilyo bu futbolçulara əvəzləyici olaraq ən ideal variantdır.

“Transfermarkt” portalı 21 yaşlı braziliyalının dəyərini 25 milyon avro olaraq qiymətləndirir. Onun “Nottingem Forest”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Murilyo bu mövsüm İngiltərə çempionatında 27 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

0