Nuri Şahindən "Fənərbaxça"ya dəstək – Qirassi üçün hərəkətə keçir
21.07.2026 - 13:07
Nuri Şahindən "Fənərbaxça"ya dəstək – Qirassi üçün hərəkətə keçir

"Fənərbaxça" "Borussiya Dortmund"un hücumçusu Seru Qirassinin transferi istiqamətində növbəti addım atıb.

Apasport.az xəbər verir ki, bu barədə Fanatik nəşri məlumat yayıb.

Məlumata görə, İstanbul klubu transfer danışıqlarında "Borussiya"nın sabiq baş məşqçisi, eyni zamanda keçmiş futbolçusu və sabiq kapitanı Nuri Şahinin dəstəyindən yararlanmaq qərarına gəlib.

Bildirilir ki, hazırda "Başakşehir"in baş məşqçisi olan Nuri Şahin vaxtilə Almaniya klubunda Qirassi ilə birlikdə çalışıb. 

Nuri çətinə düşən transfer prosesində Qvineya millisinin hücumçusunu "Fənərbaxça"ya keçməyə razı salmağa çalışacaq.

Qeyd edək ki, 30 yaşlı Seru Qirassinin Dortmundla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.