"Nyukasl" və "Tottenhem"in eyni hədəfi
19.04.2024 - 21:36
"Nyukasl" və "Tottenhem"in eyni hədəfi

"Nyukasl" yay "transfer pəncərəsi"ndə hücum xəttini gücləndirməyi planlaşdırır. 

Apasport.az xəbər verir ki, "sağsağanlar" "Çelsi"nin yarımmüdafiəçisi Konor Qallaherlə yaxından maraqlanır. Bunun üçün onlar, "Tottenhem"lə mübarizə aparmalı olacaq. London klubu da, 24 yaşlı oyunçu üçün rəsmi təklif hazırlayır.

Qeyd edək ki, "mavilər" maliyyə feyr-pleyinə riayət etmək üçün mütləq oyunçu ilə yolları ayırmalı olacaq.

0