"Nyukasl"ın kapitanı "Real"ın HƏDƏFİNDƏ
10.02.2026 - 15:53
"Nyukasl"ın kapitanı "Real"ın HƏDƏFİNDƏ

"Nyukasl"ın kapitanı komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, Sandro Tonali ilə maraqlanan klublar arasına "Real" da daxil olub.

İspaniya nəhəngi yarımmüdafiəçini yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

"Kral klubu" bu keçid üçün 75 milyon avro ayırmağa hazırdır. Daha əvvəl Tonalinin xidmətində "Arsenal" və "Mançester Siti"nin də maraqlı olduğu bildirilirdi.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.