“Nyukasl”ın müdafiəçisi Türkiyə klubu ilə anlaşıb
04.09.2024 - 11:36
“Nyukasl”ın müdafiəçisi Kiran Tripyer Premyer Liqanı Türkiyə çempionatına dəyişə bilər.
Apasport.az “Eurosport”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Eyüpspor”la danışıqları uğurla başa vurmağa yaxındır.
Tripyer klub rəhbərliyi ilə şəxsi müqaviləsinin şərtlərində razılığa gəlib. Danışıqlar prosesi başa çatmaq üzrədir. Bunun tam transfer və ya icarə olacağı hələ məlum deyil.
33 yaşlı futbolçunun “Nyukasl”la hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
0
0