Oğuz Aydın Rusiya klubunun hədəfində
29.12.2025 - 15:53
Oğuz Aydın Rusiya klubunun hədəfində

“Fənərbaxça”nın futbolçusu Oğuz Aydın xarici klubların maraq dairəsinə düşüb.

Apasport.az xəbər verir ki, tanınmış insayder Yağız Sabuncuoğlunun məlumatına görə, "CSKA Moskva" “sarı-lacıvərdlilər”in formasını geyinən Oğuz Aydını transfer etmək istəyir.

Rusiya klubu gənc futbolçu üçün satınalma variantı ilə icarə təklifi irəli sürüb.

Moskva təmsilçisi Oğuz Aydını heyətini gücləndirmək üçün əsas namizədlərdən biri kimi dəyərləndirir.