Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
21.10.2025 - 17:52
"Qalatasaray"ın futbolçusu Vilfred Sinqo daha 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Okan Buruk Çempionlar Liqasında "Bodo-Qlimt"lə oyundan öncə keçirilən mətbuat konfransında məlumat verib:
"Sinqonun ən azı iki həftəsi daha var. Biz onu çox erkən oynadaraq risk etmək istəmirik. Görünür, onun sağalması üçün ən azı iki həftə lazımdır".
Qeyd edək ki, Sinqo Super Liqanın 8-ci həftəsində keçirilən "Beşiktaş" derbisində sol bud nahiyəsindən zədə almışdı.
- "Liverpul"da yeni baş məşqçi: İraola dövrü rəsmən başladı
- “Beşiktaş” və “Trabzonspor” istəyir – “Konyaspor” qiyməti açıqladı
- Sörlot “Yuventus” yolunda: İlk danışıqlar başladı
- Zidan illər sonra etiraf etdi – “Asfaltda futbol oynayırdıq”
- Rikelmedən Vinisius planı – Prezident seçilsə, braziliyalını satacaq
0
0