Qış transfer çalışmalarını davam edən "Qalatasaray"a "Marsel"dən pozitiv cavab gəlməyib.
Apasport.az xəbər verir ki, Super Liqa klubu fransızların futbolçusu Elye Vahi ilə maraqlanırdı.
Okan Burukun sərəncamında görmək istədiyi Elye Vahi artıq qərarını verib və o, karyerasını Almaniya çempionatında davam etdirəcək.
Belə ki, 22 yaşlı hücumçu Bundesliqa təmsilçilərindən "Ayntraxt Frankfurt"la anlaşıb.
"Marsel"in baş məşqçisi Roberto De Zerbi qeyri-sabitliyinə görə Vahiyə güvənmir və komandadan ayrılmağına qarşı deyil.
Qeyd edək ki, "Marsel" Elye Vahini mövsümün əvvəlində 25 milyon avro qarşılığında "Lens"dən heyətinə qatmışdı. Vahi bu mövsüm 14 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI