Oskarın son durumu bəlli olub
18.11.2025 - 13:57
Oskarın son durumu bəlli olub

Braziliyanın “Sao Paulo” klubunda çıxış edən Oskar xəstəxanadan evə buraxılıb.

Apasport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi müayinə edilib və onun qısa müddətlik huşunu itirdiyi müəyyən olunub.

Futbolçunun vəziyyətinin hazırda stabil olduğu bildirilib.

Xatırladaq ki, Oskar noyabrın 12-də tibbi müayinədən sonra ürəyində aşkarlanan problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi.