Özbək futbolçu “Siti”də - rəsmi
20.01.2025 - 23:23

İngiltərə Premyer Liqası komandalarından “Mançester Siti” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub Fransa təmsilçisi “Lens”də çıxış edən Abdukodir Xusanovu transfer edib.
Tərəflər arasında razılaşmaya əsasən, “şəhərlilər” oyunçu üçün bonuslarla birgə 50 milyon avro ödəniş edib.
Özbəkistan millisinin üzvü yeni komandasında “45” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 20 yaşlı müdafiəçi “Lens”in heyətində 16 rəsmi matçda iştirak edib.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
0
0