"Palmeyras" "Latsio"nun futbolçusunu heyətinə qatdı
16.04.2024 - 11:07
"Palmeyras" "Latsio"nun futbolçusunu heyətinə qatdı

"Palmeyras" "Latsio"nun futbolçusu Felip Andersonu rənglərinə bağlayıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun məbuat xidməti açıqlama yayıb. 

Mövsümün sonunda "Latsio" ilə müqaviləsi bitən braziliyalı futbolçu iyul ayında "Palmeyras"ın heyətinə qatılacaq. 

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 44 matça çıxıb, 5 qol və 7 məhsuldar ötürmə edib. 

0