"Bayer"in hücumçusu Patrik Şik bu yay klubunu dəyişməyi planlaşdırmır.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 29 yaşlı forvard komandanın yeni baş məşqçisi Erik ten Haqla işləməkdə maraqlıdır.
Daha əvvəl futbolçu ilə Premyer Liqa və A Seriyasının bir sıra klublarının, o cümlədən "Arsenal", "Mançester Yunayted" və "Çelsi"nin maraqlandığı bildirilirdi.
Bununla belə, futbolçunun özü Leverkuzendə qalmaq istəyir.
Şik 2020-ci ildən Almaniya klubunda çıxış edir. 2024/25 mövsümündə 45 oyun keçirib, 27 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt"ın məlumatına görə, çexiyalı hücumçunun bazar dəyəri 27 milyon avrodur.
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR