Pedri “Barselona” tarixində 200 oyun keçirən ən gənc futbolçu olub.
Apasport.az xəbər verir ki, yeni rekord İspaniya La Liqasının 36-cı turunda "Espanyol"la oyunda qeydə alınıb.
Pedrinin 22 yaş 171 günündə tarixi uğura imza atıb. O, bu göstəricidə klubun əfsanəsi Lionel Messini geridə qoyub. Messi 200-cü oyununu 22 yaş 273 günündə keçirib. Gənc yarımmüdafiəçinin "Barsa"dakı debütü 2019-cu il sentyabrın 27-də "Vilyarreal"a qarşı görüşə təsadüf edib.
Qeyd edək ki, "Espanyol"la matç "Barselona"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda tarixində 28-ci dəfə İspaniya çempionu tituluna yiyələnib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi