Pioli Səudiyyə Ərəbistanı klubuna keçəcək
03.07.2024 - 12:39
Pioli Səudiyyə Ərəbistanı klubuna keçəcək

"Milan"ın sabiq baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanı klubuna baş məşqçi təyin ediləcək.

Apasport.az xəbər verir ki, söhbət "Əl-İttihad"dan gedir. 

Klub müqaviləni yaxın günlərdə başa çatdırmağı planlaşdırır.

Danışıqlar uğurla nəticələnsə, "Əl İttihad" 58 yaşlı italyan üçün ilk xarici klub olacaq. O daha əvvəl "Fiorentina", "İnter", "Milan", "Latsio", "Boloniya", "Salernitana" kimi komandaları çalışdırıb. 

0