“Monako”nun yarımmüdafiəçisi Pol Poqba növbəti dəfə zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə Fransanın “Nice-Matin” nəşri məlumat yayıb.
33 yaşlı futbolçu komandanın İngiltərədə keçirilən mövsümöncəsi hazırlığı zamanı məşqlərin birində xəsarət alıb. Sol bud nahiyəsində ağrı hiss edən Poqba yerə yıxılıb və məşqi davam etdirə bilməyib. Daha sonra onun zədələnən nahiyəsinə sarğı qoyulub.
Hələlik fransalı yarımmüdafiəçinin zədəsinin nə dərəcədə ciddi olduğu və yaşıl meydanlardan nə qədər uzaq qalacağı açıqlanmayıb.
Qeyd edək ki, Pol Poqba 2025-ci ilin yayında dopinqə görə cəzasını başa vurduqdan sonra “Monako”ya keçib. O, ötən mövsüm Fransa klubunun heyətində 6 rəsmi matçda meydana çıxıb, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu