Poqbanın karyerasını harada davam etdirəcəyi məlum olub
07.10.2024 - 10:16
Poqbanın karyerasını harada davam etdirəcəyi məlum olub

Pol Poqbanın "Yuventus"la əməkdaşlığı sona çatır.

Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçunun diskvalifikasiya müddəti 4 ildən 18 aya endirilsə də, "Yuventus" hələ də fransalı ilə əmək müqaviləsinə xitam verməyi planlaşdırır .

Səudiyyə Ərəbistanı çempionatı və MLS təmsilçiləri fransalı futbolçuya maraq göstərir.

Qeyd edək ki, dopinqə görə diskvalifikasiya olunan Pol Poqbanın cəzası 2025-ci ilin martında başa çatacaq.
 

0