Portuqaliya millisinin üzvü "Real"ın radarında
26.09.2025 - 16:27

PSJ-nin futbolçusu Vitinya karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Real Madrid" yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Məlumata əsasən, “kral klubu” Portuqaliya millisinin üzvünü gələn yay heyətinə qatmağı planlaşdırır. Madrid təmsilçisi 25 yaşlı oyunçu üçün parislilərə 50 milyon avro və Rodriqonu təklif edəcək.
Qeyd edək ki, PSJ Vitinyanı 2022-ci ilin yayında “Portu”dan 41 milyon avroya transfer edib.
0
0