Portuqaliyada türklərin gecəsi
17.03.2025 - 01:30
Portuqaliya Liqasında XXVI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, "Benfika" səfərdə "Rio Ave" ilə qarşılaşıb.
Qonaqlar rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb. Görüşdə hesabı "Benfika"da çıxış edən türkiyəli futbolçu Orkun Kökçü açıb.
Komandanın qələbə qolunu vuran isə, Türkiyə millisinin digər bir üzvü Kerem Aktürkoğlu olub. O, oyuna girdikdən 6 dəqiqə sonra fərqlənməyi bacarıb və komandasına 3 xal qazandırıb.
Qeyd edək ki, "Benfika" bu qələbə ilə xallarının sayını 59-a çatdıraraq 2-ci pillədəki yerini qoruyub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0