Portuqaliyalı “Beşiktaş”dan ayrılacaq: Sergen Yalçın istəmədi
13.03.2026 - 10:47
“Beşiktaş” mövsümün əvvəlində “Nottingem Forest”dən 2,5 milyon avroya icarəyə götürdüyü Jota Silva ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı vingerin satınalma bəndindən yararlanmayacaq.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, “qara qartallar”ın baş məşqçisi Sergen Yalçın 26 yaşlı futbolçunun çıxışından narazıdır. Oyunçu türkiyəli mütəxəssisin gələcək planlarında yer almır.
Qeyd edək ki, “Beşiktaş” forması ilə indiyədək 15 rəsmi matça çıxan Jota Silva bu qarşılaşmalarda 3 qolla yadda qalıb.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0