Portuqaliyalı yarımmüdafiəçi “Yunayted”in radarında
06.05.2026 - 13:32
Portuqaliyalı yarımmüdafiəçi “Yunayted”in radarında

“Vest Hem Yunayted”in yarımmüdafiəçisi Mateuş Fernandeş yay transfer pəncərəsində “Mançester Yunayted” üçün əsas hədəflərdən birinə çevrilib.

Apasport.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilir ki, 21 yaşlı futbolçuya bir neçə klub maraq göstərir və onların arasında “qırmızı şeytanlar” da var. “Vest Hem” portuqaliyalı yarımmüdafiəçini satmaq istəməsə də, komandanın İngiltərə Premyer Liqasını tərk etməsi halında futbolçunun ayrılması ehtimalı yüksəlir.

“Vest Hem” hazırda 36 xalla Premyer Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Fernandeş cari mövsümdə komandasının heyətində çıxış etdiyi 39 rəsmi matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.