Premyer Liqa klubundan 18 milyonluq transfer
04.07.2024 - 01:24
Premyer Liqa klubundan 18 milyonluq transfer

İngiltərə Premyer Liqa təmsilçisi "Everton" növbəti transferi reallaşdırıb.

Apasport.az xəbər verir ki, Mersisayd klubu İliman Ndiayeni heyətinə qatıb.

Seneqallı 24 yaşlı yarımmüdafiəçi İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb.

"Marsel" onun transferindən 18 milyon avro qazanıb.

Seneqal millisinin forvardı "Şeffild Yunayted", "Hayd Yunayted" komandalarında oynadıqdan sonra 2023-cü ildə "Marsel"ə keçmişdi.

0