Premyer Liqa klubunun bombardiri 2 aylıq sıradan çıxdı
02.02.2023 - 20:21
Premyer Liqa klubunun bombardiri 2 aylıq sıradan çıxdı

"Lidz"in hücumçusu Rodriqo topuq biləyindən aldığı zədə səbəbindən təxminən 2 ay oynaya bilməyəcək.

Apasport.az xəbər verir ki, 31 yaşlı braziliyalı hücumçu İngiltərə Kubokunun "Akrinqton Stenli" ilə oyununda (3:1) zədələnib.

Futbolçuya bağ və sümük zədələri diaqnozu qoyulub, o, əməliyyat olunmalı olub. İspaniya millisinin hücumçusunun martın sonlarında komandaya qayıda biləcəyi gözlənilir.

Qeyd edək ki, Rodriqo 18 oyunda 10 qol vurmaqla cari Premyer Liqa mövsümündə "Lidz"in bombardiridir. O, həmçinin İngiltərə Kubokunun 3 oyununda 2 qol vurub.

0