Premyer Liqa: "Siti" və "Liverpul"dan qələbə
20.12.2025 - 23:35
Premyer Liqa: "Siti" və "Liverpul"dan qələbə

İngiltərə Premyer Liqasında növbəti qarşılaşmalar keçirilib.

Apasport.az xəbər verir ki, “Nyukasl” doğma meydanda “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib. 

Digər oyunlarda “Bornmut” evdə “Bernli” ilə 1:1 hesablı bərabərliyə razılaşıb, “Brayton” isə “Sanderlend”lə qolsuz heç-heçə edib – 0:0.

Turun inamlı qələbələrindən birini “Mançester Siti” qazanıb. “Şəhərlilər” səfərdə “Vest Hem”i 3:0 hesabı ilə məğlub ediblər. “Brentford” da doğma meydanda “Vulverhempton” üzərində 2:0 hesablı qələbə qazanıb.

“Liverpul” səfərdə “Tottenhem”i 2:1 hesabı ilə məğlub edib. London təmsilçisi matçın gedişində azlıqda qalsa da, “qırmızılar” üstünlükdən maksimum yararlanaraq üç xalı aktivlərinə yazdırıblar.