Xəbər verdiyimiz kimi, "Liverpul" Florian Virtzin transferini rəsmiləşdirib.
Apasport.az "Transfermarkt"a istinadla xəbər verir ki, mersisaydlılar Virtz üçün "Bayer"ə 125 milyon avro ödəyəcək.
Bu, Premyer Liqa tarixinin ən bahalı transferidir. Buna qədər Premyer Liqada rekord Enzo Fernandezin transferi olub - "Çelsi" argentinalı üçün 121 milyon avro ödəyib.
Bütün liqalar arasında Virtz-in transferi dəyər baxımından altıncıdır. Joao Feliks (“Atletiko”ya 127,2 milyon avro), Ousman Dembele (“Barselona”ya 135 milyon avro), Filippe Koutinyo (“Barselona”ya 135 milyon avro), Kilian Mbappe (PSJ-yə 180 milyon avro) və Neymar (PSJ-yə 222 milyon avro) üçün daha çox pul ödənilib.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi