Premyer Liqadan A Seriyasına - RƏSMİ
23.07.2025 - 12:31
Tammi Abrahamı "Beşiktaş"a göndərən "Roma" heyətini yeni hücumçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi İngiltərənin "Brayton"un forvardı Evan Ferqusonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Canavarlar" 20 yaşlı futbolçunu satınalma şərti ilə bir illik icarəyə götürüb. Oyunçu yeni komandasında 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, İrlandiya millisinin üzvü olan Ferquson ötən mövsümün ikinci yarısını icarə əsasında "Vest Hem"in heyətində keçirib.
- “Qalatasaray” Bernardo Silva transferindən imtina etdi
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
0
0