Premyer Liqadan La Liqaya
14.04.2025 - 22:38
Premyer Liqadan La Liqaya

"Real Madrid" hazırda "Liverpul"un heyətində çıxış edən Aleksis Mak Allisterlə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu Madrid klubunda karyerasının sonunu yaşayan Luka Modriçi əvəzləyə bilər.

26 yaşlı yarımmüdafiəçi bu təklifə müsbət yanaşır.

Xatırladaq ki, Argentina millisinin üzvü mersisaydlılara 2023-cü ildə "Brayton"dan 42 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, Mak Allister bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 45 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.