Premyer Liqanı Bundesliqaya dəyişə bilər
12.05.2025 - 21:27
Premyer Liqanı Bundesliqaya dəyişə bilər

Hazırda icarə əsasında "Çelsi"də çıxış edən Ceydon Sanço karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, futbolçu ilə "Bayer" yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İddialara görə, komanda 25 yaşlı vinger üçün 20 milyon avronu gözdən çıxarıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.