Klublararası dünya çempionatı çərçivəsində Fransanın PSJ və İspaniyanın “Atletiko Madrid” klubları arasında keçirilən oyuna 80 min 619 azarkeş gəlib.
Apapsort.az xəbər verir ki, komandalar yarışın qrup mərhələsinin açılış mərhələsində üz-üzə gəlib.
Oyun parislilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanı 80 min 619 azarkeşin izləməsi cari mövsümdə bu komandaların iştirak etdiyi matçlar üçün rekord göstəricidir. Müqayisə üçün qeyd edək ki, Çempionlar Liqasında PSJ-nin “Bavariya” ilə səfər oyununa 76 min, “Real”ın La Liqada “Atletiko” ilə oyununa isə 78 min tamaşaçı gəlib.
ABŞ-da keçirilən turnirin digər oyunlarını daha az azarkeş izləyib. "Əl-Əhli" (Misir) - "İnter Mayami" (ABŞ) matçına 60 927, "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya) oyununa 21 152 izləyici gəlib.
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR