PSJ "Çelsi"nin ulduzunu istəyir
02.04.2024 - 10:36
PSJ "Çelsi"nin ulduzunu istəyir

"Çelsi"nin sağ cinah müdafiəçisi Ris Ceyms PSJ-nin hədəfinə çevrilib.

Apasport.az “Football Transfers”ə istinadla xəbər verir ki, London klubu maliyyə feyr-pley problemlərindən qaçmaq üçün bu yay 100 milyon avrodan çox qazanmaq niyyətindədir.

“Çelsi”nin kapitanı Ceymsə iddialı olan PSJ bu vəziyyətdən yararlana bilər.

Ris Ceyms bu mövsüm "Çelsi"nin heyətində cəmi 9 oyunda forma geyinib. İngilis futbolçu dekabrın əvvəlindən zədə səbəbindən meydana çıxmayıb.

"Transfermarkt" portalı Ceymsin dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

 

0