PSJ rəhbərliyi, Madrid “Real”ının marağına baxmayaraq, komandanın yarımmüdafiəçiləri Vitinya və Joao Neves ilə bağlı mövqeyini dəyişməyib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbəyə görə, Madrid “Real”ının hər iki futbolçuya maraq göstərməsinə baxmayaraq, PSJ onları “toxunulmaz” hesab edir və transfer təkliflərini nəzərdən keçirməyi planlaşdırmır.
Paris təmsilçisi həm Vitinyanı, həm də Joao Nevesi gələcək layihənin əsas fiqurları sırasında görür.
Qeyd edək ki, son günlər İspaniya mətbuatında Madrid “Real”ının yay transfer pəncərəsində PSJ-dən böyük məbləğ qarşılığında ulduz futbolçu transfer etməyə hazırlaşdığı, namizədlər arasında Vitinya və Joao Nevesin də yer aldığı bildirilirdi.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat