PSJ Markinyosa xüsusi mükafat təqdim edib
26.04.2024 - 11:50
PSJ Markinyosa xüsusi mükafat təqdim edib

Fransa təmsilçisi PSJ müdafiəçisi Markinyosa xüsusi mükafat təqdim edib. 

Apasport.az xəbər verir ki, bir müddət öncə braziliyalı futbolçu bütün turnirləri nəzərə alaraq 436-cı dəfə PSJ forması ilə meydana çıxaraq mütləq klub rekordunu müəyyənləşdirib.

Markinyos PSJ-nin keçmiş futbolçusu Yan-Mark Pilorjeni geridə qoyub. Bu əlamətdar hadisə ilə əlaqədar klub rəhbərliyi braziliyalını təltif edib. “Lion”la oyundan əvvəl o, xüsusi mükafata layiq görülüb. 
 

0