PSJ-nin gənc futbolçusu "Tottenhem" və "Bayer"in hədəfində
25.04.2025 - 11:34
PSJ-nin fransalı müdafiəçisi Aksel Tap parislilərlə yeni müqavilə imzalamağı planlaşdırmır.
Apasport.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, 17 yaşlı futbolçunun karyerasını davam etdirmək üçün iki variantı var.
"Tottenhem" və "Bayer Leverkuzen" Aksellə maraqlanır. Klublar gələn yay oyunçunu pulsuz almağa çalışacaqlar.
2024/2025 mövsümündə Tap PSJ-nin əsas komandasında cəmi 1 matçda iştirak edib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0