PSJ-nin matçı təxirə salındı
26.03.2026 - 17:56
Fransa çempionatının XXIX turunun "Lans" - PSJ matçı təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə qərarı Fransa Peşəkar Futbol Liqası verib.
Paris təmsilçisinin UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Liverpul"la oyunlarına (8-14 aprel) yaxşı hazırlaşması üçün Liqa 1 matçı təxirə salınıb. Qarşılaşma aprelin 11-də keçirilməli idi.
UEFA Konfrans Liqasının 1/4 finalında "Maynts"ın rəqibi olan "Strasburq"un çempionatda "Brest"lə görüşünün də vaxtı dəyişdirilib. Təxirə salınmış hər iki matç13 may tarixində təşkil ollunacaq.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0