PSJ-nin qapıçısı Premyer Liqa klubunda
26.06.2022 - 01:18
PSJ-nin qapıçısı Premyer Liqa klubunda

PSJ-nin qapıçısı Alfons Areola komandasını dəyişir.

Apasport.az saytının məlumatına görə, qolkiper “Vest Hem”ə transfer olunacaq.

29 yaşlı qapıçı ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Areola ötən mövsümü də Premyer Liqa klubunda olub. O, icarədə olduğu komandaya transfer ediləcək. Onun müqaviləsində transfer hüququnun londonlulara keçməsi üçün 13 milyon avro göstərilib. Lakin bu məbləği ödəmək gücündə olmayan ingiltərəlilər qiymətdə razılığa gələ bilib.

Qeyd edək ki, Alfons Premyer Liqanın 18 matçında 15 qol buraxıb.
 

0