PSJ-nin qolkiperi zədəsini sağaldıb
12.05.2026 - 12:58
PSJ-nin qapıçısı Lukas Şevalye zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Qolkiper artıq komanda ilə məşqlərə başlayıb.
Bildirilib ki, 24 yaşlı futbolçu özünü yaxşı hiss edir. O, həmçinin Fransa millisinin DÇ-2026 üçün yekun heyətinə daxil edilmək şansını qoruyub saxlayır.
Qeyd edək ki, PSJ Şevalyeni cari mövsümün əvvəlində “Lill”dən 40 milyon avro qarşılığında transfer edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0