PSJ Reşfordla bağlı qərar verdi
30.04.2024 - 09:15
PSJ Reşfordla bağlı qərar verdi

PSJ "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu transfer etməyi planlaşdırmır. 

Apasport.az "inews"a istinadla xəbər verir ki, PSJ artıq ingilis furbolçu ilə maraqlanmır. 

Fransa çempionları hücumlarını gücləndirmək üçün başqa variantları nəzərdən keçirəcəklər. 

Bundan öncə mətbuatda parislilərin yay "transfer pəncərəsi"ndə ingilis futbolçu üçün yüksək məbləğ ödəməyə razılaşdığı və "Mançester Yunayted"in forvardı satmağa hazır olduğu barədə xəbərlər yayılıb.

Markus bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 40 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 26 yaşlı hücumçunun dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

0