PSJ tarixə düşüb
08.05.2025 - 12:56
PSJ tarixə düşüb

PSJ klubu Fransa futbolunun tarixinə düşüb.

Apasport.az "Opta"ya istinadən xəbər verir ki, Paris təmsilçisi 1992/1993 mövsümündə formatı dəyişdikdən sonra UEFA Çempionlar Liqasının finalına iki dəfə yüksələn ilk Fransa klubu olub.

PSJ daha əvvəl - 2020-ci ildə almaniyalı məşqçi Tomas Tuxelin rəhbərliyi altında finala yüksəlmişdi.

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq. Görüş mayın 31-də Münhendə baş tutacaq.