PSJ "Yuventus"un futbolçusu ilə maraqlanır
27.06.2024 - 11:24
PSJ "Yuventus"un futbolçusu ilə maraqlanır

İtaliya Seriya A təmsilçilərindən "Yuventus"un mərkəz müdafiəçisi Din Hasen Avropa nəhənglərinin maraq dairəsinə düşüb. 

Apaspor.az "Lequipe" nəşrinə istinadla xəbər verir ki, holland əsilli ispaniyalı Dortmund "Borussiya"sı və Premyer Liqa təmsilçilərindən "Nyukasl"ın radarındadır.

İndi PSJ də onunla maraqlanan klublar arasındadır.

"Yuventus", layiqli bir təklif alacağı təqdirdə perspektivli futbolçunu bu yay sata bilər.

"Transfermarkt" ispaniyalının dəyərini 10 milyon avro olaraq qiymətləndirir. Futbolçunun Turin klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

0