"Qalatasaray" "Fənərbaxça" ilə oyuna 3 itki ilə çıxacaq
24.02.2025 - 11:12
Türkiyə Super Liqasının XXV turu çərçivəsində "Qalatasaray" doğma meydanda əzəli rəqibi "Fənərbaxça"nı qəbul edəcək.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" İstanbul derbisinə 3 itki ilə çıxacaq.
Mauro İkardi "Qalatasaray" - "Fənərbaxça" matçında oynayacaqmı?
Belə ki, hazırda zədəli olan Alvaro Morata, İsmayıl Yakobs və Mauro İkardi "cimbom"a kömək edə bilməyəcək.
Zədəsini sağaldan Yunus Akgünün heyətə qoşulacağı gözlənilir.
"Qalatasaray" - "Fənərbaxça" derbisi saat neçədədir?
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" derbisi bu gün Bakı vaxtilə saat 21:00-da start götürəcək.
"Qalatasaray" - "Fənərbaxça" derbisi hansı kanalda yayımlanacaq?
İstanbul derbisi "beİN Sports 1" kanalında canlı yayımlanacaq.
- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0