"Qalatasaray" - "Fənərbaxça" oyununun hakimi bəlli oldu
04.04.2024 - 14:20
"Qalatasaray" - "Fənərbaxça" oyununun hakimi bəlli oldu

Türkiyə Futbol Federasiyası Superkubokun finalında "Qalatasaray" - "Fənərbaxça" matçını idarə edəcək hakimləri açıqlayıb.

Apasport.az xəbər verir ki, 7 apreldə baş tutacaq görüşün baş hakimi Volkan Bayarslan olacaq.

Ona Serkan Ok və Serkan Olguncan kömək edəcəklər. Oyunun dördüncü ədalət təmsilçisi funksiyasını isə Burak Şeker yerinə yetirəcək.

0