"Qalatasaray" hesabı açdı - YENİLƏNİR
01.12.2025 - 21:32
"Qalatasaray" hesabı açdı - YENİLƏNİR

Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi olacaq.

Apasport.az xəbər verir ki, lider “Qalatasaray” XIV turda səfərdə “Fənərbaxça” ilə üz-üzə gələcək. Matça saat 21:00-da start veriləcək.

“Fənərbaxça” bu görüşdə qələbə qazansa, birinci pilləyə yüksələcək.

Hazırda “Qalatasaray”ın 32, “Fənərbaxça”nın isə 31 xalı var.

Türkiyə Super Liqası
XIV tur
21:00. “Fənərbaxça” - “Qalatasaray” 0:1
Qol: Leroy Sane, 28

"Fənərbağça": Ederson, Nelson Semedo, Milan Şkrinyar, Ceyden Ostervolde, Arçi Braun, Edson Alvares, İsmail Yüksek, Kerem Aktürkoğlu, Marko Asensio, Nene Dorqeles, Yusif En-Nesri

"Qalatasaray": Uğurcan Çakır, Davinson Sançes, Mario Lemina, Abdülkerim Bardakçı, Kazımcan Karataş, Lukas Torreyra, Qabriel Sara, İlkay Gündoğan, Leroy Sane, Barış Alper Yılmaz, Viktor Osimhen.