"Qalatasaray" "Atalanta"nın hücumçusu Ademola Lookman üçün qış transfer pəncərəsində yenidən hərəkətə keçməyə hazırlaşır.
Apasport.az türkiyəli insayder Yağız Sabuncuoğluna istinadla xəbər verir ki, yayda aparılan danışıqlar müsbət nəticələnməsə də, İstanbul klubu transferdə israrlıdır.
Yay transfer dönəmində Lookmanla maraqlanan "Qalatasaray" futbolçunu heyətinə qatmağa yaxınlaşmışdı. Lakin Barış Alper Yılmazın komandada saxlanılması və "Atalanta"nın icarə variantına qəti şəkildə qarşı çıxması transferin baş tutmasına mane olmuşdu.
"Sarı-qırmızılılar" qışda "Atalanta" ilə yeni şərtlər əsasında masaya oturmağı planlaşdırır. Klubun skaut və idarə heyətinin Lookmanı “prioritet hədəf” kimi dəyərləndirdiyi bildirilir.
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində