Heyətini gücləndirmək istəyən "Qalatasaray" transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, klub qapıçı axtarışına çıxıb.
Fernando Musleranın mövsümün sonunda komandanı tərk etmək ehtimalı yüksəkdir.
Bu səbəbdən "sarı-qırmızılılar" ona əvəzləyici axtarışlarına start verib. Artıq "Cimbom"un bu mövqeyə əsas namizədi də bəlli olub.
"Qalatasaray" "Real"ın qolkiperi Andrey Luninlə yaxından maraqlanır. İspaniya mətbuatında ukraynalının ehtiyat oyunçular skamyasında oturmaqdan məmnun olmadığı və menecerinin bir neçə klubla danışıqlar apardığı bildirilir.
Tərəflər arasında rəsmi danışıqlar başlamasa da, onun uğrunda mübarizədə "Qalatasaray" üstündür.
Qeyd edək ki, Luninin transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO