“Qalatasaray” yeni sezon formalarını təqdim edib
04.07.2024 - 17:57
“Qalatasaray” yeni sezon formalarını təqdim edib

“Qalatasaray” 2024-2025 sezonunun formalarını təqdim edib.

Apasport.az xəbər verir ki, “aslanlar” “Puma” ilə əməkdaşlıq çərçivəsində ev, səfər və üçüncü formalarını ictimaiyyətə nümayiş etdiriblər. 

Türkiyə nəhənginin əsas forması ənənəvi olaraq sarı və qırmızı rənglərdən ibarətdir. “Qalatasaray” yeni sezonda səfər oyunlarına ağ rəngli forma ilə çıxacaq. “Sarı-qırmızı”ların üçüncü formasının dizaynını isə qırmızı və qara zolaqlar təşkil edir.

Qeyd edək ki, “Puma”nın “Qalatasaray”ın rəsmi forma sponsoru olması ilə bağlı yekun müqavilə bir neçə gün əvvəl imzalanıb.
 

0