"Qalatasaray"da İlkay Gündoğan səsləri
27.02.2024 - 23:32
"Barselona"nın futbolçusu İlkay Gündoğan karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, türk yarımmüdafiəçinin xidmətində "Qalatasaray" maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İstanbul təmsilçisinin 33 yaşlı orta xətt oyunçusu ilə razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, İlkay Gündoğan mövsümün əvvəlində azad agent statusu ilə "Barselona"ya keçib. Almaniya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0